Yuxarı

İşə qəbul olunmaq istəyən müəllimlərin - Diqqətinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirəcək.

İnstitutdan Axar.az-a bildiriblər ki, mayın 6-dan etibarən Bakıda Təhsil Texnologiyaları Mərkəzi tərəfindən bütün fənlər üzrə sınaq imtahanlarının keçirilməsinə başlanılacaq.

Elektron formatda və real imtahan prosesinə uyğun olaraq keçiriləcək sınaq imtahanları 60 sualdan (40-ı ixtisas, 10-u məntiq, 10-u tədris metodikası və təlim strategiyalarına aid) ibarət olacaq. İmtahanın müddəti 90 dəqiqə nəzərdə tutulub.

Mayın 6-da keçiriləcək birinci sınaq imtahanı dörd fənn üzrə (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili) və yalnız Azərbaycan bölməsi üçün planlaşdırılıb.

Real imtahan şəraitini hiss etmək istəyən və müəllim olmağa namizəd şəxslər sınaq imtahanında iştirak edə bilmək üçün www.ttm.edu.az saytında qeydiyyatdan keçməli, daha sonra imtahana buraxılış vərəqini çap edib şəxsiyyət vəsiqəsi ilə birlikdə imtahana gətirməlidirlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə sınaq imtahanları mütəmadi olaraq həftə sonları keçiriləcək. Bundan başqa, imtahan yekunlaşan zaman nəticələri dərhal öyrənmək mümkün olacaq, həmçinin səhvlərə baxmaq üçün əlavə vaxt da ayrılacaq.

Tarix
2018.05.04 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Putin azərbaycanlı qəhrəmanı təltif etdi

Rəsmi Bakıdan TASS-a xəbərdarlıq: Üzr istəməsə...

Xankəndidə Ayvazovskinin büstünün sökülməsi… - XİN

Azərtac TASS-a xəbərdarlıq etdi

Azərbaycanla sülh uğrunda mübarizə aparırıq - Qusev

Azərbaycanla sülh olacaq - Xaçatryan

Rəsmən bəyan edildi: Zəngəzur dəhlizi təhvil verilir

Azərbaycan və İran arasında gəmilərin hərəkəti bərpa olundu

Əlahiddə Ümumqoşun Orduda mərasim keçirildi - Video

Bakı və Tehran arasında vacib görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla