Yuxarı

Uşaq günündə məktəblilər maarifləndi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaq günündə məktəblilər maarifləndi - Foto

Bu gün bütün dünyanın probleminə çevrilən "ağ ölüm”lə mübarizə təkcə hüquq-mühafizə əməkdaşlarının işi deyil, həm də hər bir şüurlu vətəndaşın üzərinə düşən missiyadır. Məhz bu missiyanın mahiyyətini şərh etmək, onu konkret faktlar və qanunun müvafiq maddələrinə uyğun şəkildə ictimaiyyətə çatdırmaq üçün Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Suraxanı rayonu ərazisində də polis əməkdaşları ardıcıl tədbirlər həyata keçirirlər.

Axar.az xəbər verir ki, bu məqsədlə keçirilən növbəti tədbirSuraxanırayonu Bülbülə qəsəbəsi 232 saylı tam orta məktəbdə baş tutub.

Tədbirlərdə çıxış edən Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov vurğulayıb ki, bu gün bütün ölkəmizdə, o cümlədən dəSuraxanıda narkomaniyaya qarşı davamlı işlər aparılır: "Həm ölkə prezidenti cənabİlham Əliyevin, həm də Azərbaycanın daxili işlər naziri, general-polkovnikRamil Usubov cənablarının birmənalı şəkildə qarşıya qoyduğu vəzifələrdən biri də ölkə əhalisini, xüsusilə yeniyetmə gəncləri və məktəbliləri maarifləndirib, onların sağlam həyat tərzinin təmin olunmasına yardım etməkdir. Məhz bu məqsədlə də rayon polis şöbəsinin müvafiq əməkdaşları davamlı şəkildə görüşlər keçirir, tədbirlər keçirir və hər kəsə "ağ ölüm”ün gətirdiyi bəlaları izah edirlər. Bugünkü görüşümüzdə də biz bu bəlalardan danışacağıq”.

N.Həsənov qeyd edib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində Suraxanıda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt”in yaradılmasıdır: "Həyat göstərir ki, bu görüşlər iştirakçılara öz müsbət təsirini göstərir, onların "ağ ölüm”dən uzaq durmasına yetərincə təsir edir. Ona görə də biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik”.

Tarix
2018.06.01 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ prezidentini təbrik etdi

Milli Məclisin iclası başladı

İlham Əliyev Laos prezidentini təbrik etdi

Azərbaycan XİN BƏƏ və Laosu təbrik etdi

Daha tez pensiya və yüksək məbləğ seçimi...

Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat

Bu şəxslərin maaşlarında artım oldu

Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur

İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla