Yuxarı

Azərbaycanlı gənc “milli feysbuk” yaratdı – “Azeluk”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı gənc “milli feysbuk” yaratdı – “Azeluk”

Azərbaycanlı gənc milli sosial şəbəkəni istifadəyə verib, artıq bir saatdır ki, www.azelook.com ünvanlı şəbəkə aktivləşib.

Bu barədə "Azeluk"un yaradıcısı olduğunu iddia edən vebmaster Şəhriyar Əlizadə "Axar.az"a məlumat verdi.

Onun sözlərinə görə, uzun müddət idi ki, bu layihə üzərində işləyirdi və nəhayət, bu gün başa çatdı: "Cəmi bir saatdır istifadəyə vermişik, artıq 50-dən çox üzvümüz var. Bir ay müddətində 100 min olmağı hədəf seçmişik. İnşallah ki, istəyimizə nail olacağıq".

Ş.Əlizadə təkbaşına, amma həm də dostlarının dəstəyindən yararlanmaqla həyata keçirdiyi bu layihənin üstünlüklərindən də danışdı: "Azeluk daha sürətli, daha çevikdir, həm də istifadəsi asandır. Ən əsası isə milli şəbəkəmizdir".

ABŞ-ın internet inhisarından qurtulmaq üçün bütün dünya dövlətlərində bir gəlişmə olduğunu diqqətə çatdıran Ş.Əlizadə bu sosial şəbəkənin böyüyərək regionu, daha sonra isə dünyanı əhatələməsini arzulayır: "Ümid edirəm ki, iş adamları buna maliyyə ayıracaqlar. Artıq ilkin təkliflər də var. Yaxın günlərdə daha geniş tərkibdə fəaliyyət göstərəcəyimizə inanıram".

Tarix
2013.12.01 / 02:14
Müəllif
Axar.az
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla