Yuxarı

Azərbaycan şahinləri Türkiyəyə gedəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan şahinləri Türkiyəyə gedəcək

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin Türkiyə Respublikasında keçirilməsi planlaşdırılır.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 29-da N saylı hərbi hissədə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi briqada generalı Emin Ayık Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərində iştirak edən şəxsi heyətlə görüşüblər.

Uçuş və texniki heyətlə keçirilən görüşdə birgə təlim-döyüş uçuşları zamanı praktiki tapşırıqlar, şərti hava döyüşləri imitasiya olunmaqla müxtəli manevrlərin yerinə yetirilməsi və yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışların ilkin təhlili aparılıb.

Qonaqlara helikopter pilotlarının hazırlanmasında istifadə olunan trinajorlar nümayiş etdirilib.

Sonra birgə təlimlərin keçirildiyi aerodromda qonaqlara təlimin gedişi barədə brifinq təqdim olunub və növbəti mərhələdə icra olunacaq təlim-məşq tapşırıqları geniş heyətdə müzakirə edilib.

Görüş zamanı Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin Türkiyə Respublikası ərazisində 2015-ci ilin mart ayında keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Görüşlərdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

Tarix
2014.09.30 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

Berdiməhəmmədov İlham Əliyevə təşəkkür etdi

Azərbaycan və Türkmənistan bu barədə razılığa gəldi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Urmiya gölünün son vəziyyəti açıqlandı: Ümidlər artır...

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Mirziyayev səfirimizi təltif etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla