Yuxarı

“Çudo Peçka” peraşkinin ciyərini çıxardı – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Çudo Peçka” peraşkinin ciyərini çıxardı – Özəl

"Çudo Peçka" restoranlar şəbəkəsi ciyər kökəsini (peraşki) menyudan çıxarıb. Bu qərara səbəb ciyər peraşkisindən şikayətlənənlər olub.

Axar.az-a daxil olan məlumata görə, "Çudo Peçka" rəhbərliyi bu addımı atmağa məcbur olub. Restoranlar şəbəkəsi tənqid və şikayətlərdən yaxa qurtarmaq üçün ciyər peraşkisi satmaqdan imtina edib.

Məlumatda deyilir ki, bir müddətdir "Çudo Peçka" mağazalarında sözügedən qida satışda yoxdur. Ciyər peraşkisindən tez-tez qurd çıxması, müştərilərin davamlı narazılığı, məsələnin mətbuatda ictimailəşməsi onlara baha başa gəlib. Rəhbərlik qərara gəlib ki, birdəfəlik buna son qoysun.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi. Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də tort məhsullarının qablaşdırılmasında sanitar normaların pozulduğu, tozlu qablaşdırma materiallarından istifadə olunduğu üzə çıxarılmışdı.

Məlum olmuşdu ki, anbarda xammalların saxlanma rejiminə, tortların hazırlanmasında normalara əməl olunmur. Kulinar məmulatların hazırlandığı sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır. Peraşki istehsalı üçün alınan iribuynuzlu heyvanın ağ və qaraciyərinin qəbulu zamanı xidmət əməkdaşları orqonoleptik baxış keçirərkən ağciyərin üzərində qurd aşkar edilmişdi.

Tarix
2014.10.01 / 16:09
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla