Yuxarı

Üçəm uşaqlı ailələrə mənzil verilməsi dayandırıldı - Eksklüziv

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üçəm uşaqlı ailələrə mənzil verilməsi dayandırıldı - Eksklüziv

"Azərbaycanda ailəsində uşağı olan və üçəm uşaqları da doğulan ailələr üçün dövlət tərəfindən mənzillərin verilməsini təklif edən layihə dayandırılıb".

Bu barədə Axar.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, layihə təkmilləşdirildikdən və bir neçə dəyişiklik edildikdən sonra ətraflı məlumat ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq yeni hazırlanan "Azərbaycan Ailə Strategiyası"nın layihəsindəki təkliflərdən biridir.

Layihədə ailəsində uşağı olan və üçəm uşaqları da doğulan ailələr üçün dövlət tərəfindən mənzillərin verilməsi təklif edilir.

Azərbaycanda il ərzində orta hesabla neçə üçəm uşağı doğulması isə diqqət çəkir.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə ötən il Azərbaycanda 42 üçəm uşaq dünyaya gəlib. 2014-cü ilin 6 ayı ərzində isə doğulan körpələrdən 30-u üçəm olub. İlk 6 ayı nəzərə alsaq, bu göstərici orta hesabla 2014-cü ilin sonuna doğru 60-a çatacaq.

Hazırda ailəsində uşağı olan və üçəm uşaqları doğulan ailələr üçün müəyyən tədbirlər görülsə də, belə ailələr üçün dövlət dəstəyinin daha da gücləndirilməsi təklif edilir.

Tarix
2014.10.13 / 12:59
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla