Yuxarı

İki polis əməkdaşı həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki polis əməkdaşı həbs edildi

Bu günlərdə Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis Şöbəsinin iki əməkdaşı həbs edilib.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nizami RPŞ post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 1985-ci il təvəllüdlü Nəbiyev Sakin Yaşar oğlu və digər polis serjantı, 1991-ci il təvəllüdlü Kazımov Tural Rasim oğlu barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hər iki polis əməkdaşı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi ilə bağlı həbs edilib.

Bildirilir ki, hər iki polis əməkdaşı bir neçə gün əvvəl Nizami RPŞ-nin əməkdaşı olduqları halda Gəncə şəhərinin Kəpəz rayonunda A.S adlı qadının evinə gəliblər. Burada həmin qadınla polislər arasında hələlik tam dəqiqləşməmiş səbəblərdən münaqişə yaranıb və həmin qadın bu zaman özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. A.S ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Tarix
2014.10.14 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla