Yuxarı

Həbsdə olan “Nida”çı İlham Əliyevə müraciət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdə olan “Nida”çı İlham Əliyevə müraciət etdi - Foto

3 saylı istintaq təcridxanasında saxlanılan Ömər Məmmədov ölkə Prezidentinə, Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.

Axar.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəsmi saytına istinadən Ö.Məmmədovun müraciətini təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Cənab Prezident hörmətli İlham Heydər oğlu Əliyev!

Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz.

Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm.

08.10.2014-cü il

Məmmədov Ömər Elyar oğlu"

"Azərbaycan Respublikasının Mətbuat Şurasına

Surəti: Vətəndaş Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlıya

Müraciət

Yazaraq sizə bildirirəm ki, bu gün mən Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə ərizə ünvanlamışam. Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən çıxardasız.

Müraciəti özüm yazdım, düzgünlüyünü imzamla təsdiq edirəm.

Ömər Məmmədov Elyar oğlu

08.10.2014-cü il"

Tarix
2014.10.15 / 13:40
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla