Yuxarı

Azərbaycanda özəl elmi müəssisələr yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda özəl elmi müəssisələr yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli Trend-ə bildirib ki, özəl elmi müəssisələrin yaradılması "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Akademiya rəsmisinin sözlərinə görə, bu gün ölkədə AMEA-dan başqa da elmi-analitik fəaliyyətlə məşğul olan QHT-lər, cəmiyyətlər, qruplar, mərkəzlər var.

Vitse-prezident hesab edir ki, özəl elmi müəssisələrin yaradılması onlara meydan yaratmaq üçündür.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvi, professor Musa Qasımlı isə Trend-ə bildirib ki, "Elm haqqında" qanun layihəsinə görə, elmi fəaliyyətin subyektləri arasında olan ictimai təşkilatlar, digər hüquqi şəxslər özəl, fərdi və qarışıq mülkiyyət münasibətinə malik olmaqla fəaliyyət göstərə bilərlər. Elmi fəaliyyətin subyektləri arasında dövlət mülkiyyəti olan orqanlar da var.

M.Qasımlı əlavə edib ki, təşkilati-hüquqi forması və mülkiyyət növünə görə elmi müəssisə və təşkilatlar dövlət, bələdiyyə, özəl və ictimai (qeyri-dövlət) elmi müəssisə və təşkilatlar kimi fəaliyyət göstərə bilər: "Elmi fəaliyyətlə yalnız elm adamları məşğul olacaqlar. Onun təşkili ilə məşğul olan qeyri-dövlət elmi müəssisə və təşkilatları həm ictimai təsisat kimi fəaliyyət göstərən hüquqi şəxs, həm də kommersiya hüquqi şəxs ola bilər".
Milli Məclis üzvü sözügedən layihənin qəbulundan sonra Azərbaycanın elmində yeni keyfiyyət mərhələsinin başlayacağını söyləyib.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulub.

Tarix
2014.10.17 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla