Yuxarı

Bu yol gələn ildən ödənişli olacaq – Hazırlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yol gələn ildən ödənişli olacaq – Hazırlıq

Gələn ilin ilk rübündən etibarən Ələt-Astara-İran sərhədi yolunda hərəkət tamamilə ödənişli əsaslarla həyata keçiriləcək.

Bu sözləri Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bir neçə aydır istifadəyə verilən və Azərbaycanın ilk pullu yolu olacaq Ələt-Astara-İran sərhədi yolunun ödənişli edilməsi ilə bağlı aparılan son tamamlanma işlərindən danışarkən bildirib.

A.Nəcəfli qeyd edib ki, yolun ödənişli əsaslarla istifadəsi üçün noyabr ayından müvafiq işlərə başlanılıb:

“Noyabr ayından etibarən Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olması ilə bağlı işlər başlanılıb. Lazımi turniketlər sifariş verilib. Hazırda xaricdən turniketlərin gətirilməsi prosesi həyata keçirilir. Nəzarət-buraxılış məntəqələrində quraşdırılması nəzərdə tutulan turniketlər Cənubi Koreyadan sifariş verilib.

Turniketlərin hamısı gətirildikdən sonra quraşdırılmasına başlanılacaq. İlin sonuna qədər nəzarət-buraxılış məntəqələrinin tikintisi və turniketlərin quraşdırılması kimi məsələlər öz həllini tapmış olacaq.

Yolun birdəfəlik ödənişli olması təxminən növbəti ilin birinci rübü ərzində reallaşacaq. Gələn ilin ilk üç ayı ərzində Ələt-Astara-İran sərhədi yolunda hərəkət tamamilə ödənişli əsaslarla həyata keçiriləcək”.

A.Nəcəfli bildirib ki, ödənişlərin hansı sistemlə ediləcəyi müzakirə olunacaq, məbləğini isə Tarif Şurası müəyyən edəcək.

Xatırladaq ki, köklü təmirdən sonra sözügedən yol 38 kilometr qısaldılaraq 204 kilometr olub.

Yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.

Tarix
2018.11.30 / 12:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla