Yuxarı

Abort edən ananı hansı cəza gözləyir? - Hüquqşünas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən, ana yeni doğduğu körpəni doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsinə görə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu sözləri Axar.az-a Lənkəranda ananın bətnindəki körpəni dərmanla öldürməsinin cinayət tərkibli olub-olmaması barədə danışan hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, uşağın tələf edilməsində həkimin də əməli sübuta yetirilərsə, qanunla həmin şəxs də cəzalandırılır:

“Cinayət Məcəlləsinin 141.1. maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə islah işləri ilə cəzalandırılır. Əgər uşaq xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort edilərsə, o, 141.2. maddəyə əsasən, 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 360 saatdan 400 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər. Bundan başqa, CM-in 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2000 manatdan 3000 manatadək cərimə və ya 2 il müddətə islah işləri və ya 1 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 141.3-cü maddəsində isə 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qeyd edək ki, Lənkəranda 2000-ci il təvəllüdlü Bəşirova Xədicə doğulacaq övladının xəstə olduğunu bildikdən sonra onu bətnində dərmanla öldürüb.

Tarix
2018.12.11 / 22:25
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla