Yuxarı

“Kənddən Şəhərə”: satış yarmarkaları işə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kənddən Şəhərə”: satış yarmarkaları işə başlayır

“Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal olan ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq paytaxtın Nizami küçəsi 154 (“Landmark” biznes mərkəzinin yanı) ünvanında kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək.

Axar.az xəbər verir ki, bu barədə dekabrın 20-də Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova məlumat verib.

Onun sözlərinə görə, dekabrın 21-dən etibarən 10 gün ərzində baş tutacaq yarmarkada vətəndaşlar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər.

Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır.

“Yarmarkada iştirak etmək istəyən fermerlər şirkətin rəsmi saytı vasitəsilə noyabrın 25-dən dekabrın 10-dək onlayn qeydiyyatdan keçiblər. Müraciətlər araşdırıldıqdan sonra fermerlərin yarmarkada iştirakı təsdiqlənib. Yarmarka ərazisində 110 piştaxta mövcuddur. Fermerlərdən heç bir iştirak haqqı tələb olunmur. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək. Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal və s. ala biləcəklər”, - deyə Leyla Məmmədova bildirib.

Qeyd olunub ki, müasir yarmarka konsepsiyası üzərində qurulan “Kənddən Şəhərə” yarmarkasında qida təhlükəsizliyi məsələləri də nəzərə alınıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək.

Tarix
2018.12.20 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

Prezident onları qəbul etdi - Foto

Prezident onlara müraciət ünvanladı

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla