Yuxarı

İran etirazlarda öldürülən qızların saçlarını xaricə satır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran etirazlarda öldürülən qızların saçlarını xaricə satır

İrandan qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilməsi planlaşdırılan təbii qadın saçları aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Məlumata görə, gömrük əməkdaşları iranlı sürücünün yük maşınının kabinəsindəki yastıqların içərisində 26 kiloqram ağırlığında 143 dəstə insan saçı tapıblar.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi son aylarda oxşar halların artdığını vurğulayıb:

"Bu ilin əvvəlindən iyun ayına qədər gömrük nəzarətindən bəyan edilməmiş və ya gizli şəkildə təbii saç idxalı ilə bağlı 11 hal aşkar edilib. Ümumilikdə, Ermənistanın dövlət sərhədindən ölkəyə 135,7 kiloqram ağırlığında 621 dəstə təbii saç daxil etməyə cəhd edilib".

İranlı sosial media fəalları və xaricdə fəaliyyət göstərən farsdilli müxalif media saçların yanvar etirazlarında öldürülən etirazçı qız və qadınlara aid olduğunu iddia edirlər.

Tarix
2026.06.18 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla