Yuxarı

“Azercell”in Barama Mərkəzindən “Mayak”a dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell”in Barama Mərkəzindən “Mayak”a dəstək

Ölkəmizdə biznes sahəsində yeniliklərə təkan verməyə, rəqəmsal dünya və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrdə iştirak edən Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir startapa dəstək olur.

Axar.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən “İdeyadan Biznesə” layihəsinin final turunda çıxış edən “Mayak” layihəsinin öz fəaliyyətini uğurla davam etdirməsi üçün Barama Mərkəzi yardımçı qismində çıxış edir. Mərkəzdə startap komandasına xüsusi yer ayıran Barama rəhbərliyi layihə yaradıcılarını İnkubasiya proqramına da dəvət edərək, mərkəz tərəfindən təşkil olunan bütün tədbir və təlimlərdə iştirakını təmin edib. Dekabrın 21-də “Azercell” şirkətinin əməkdaşları, “YT Park”ın nümayəndəsi “Mayak” layihəsinin yaradıcıları ilə görüşüblər, “Azercell” şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya, Barama Mərkəzinin rəhbəri İ. Bağırov, “İdeyadan Biznesə” layihəsində, eləcə də “Bakutel” sərgisində uğurlu iştirakına görə komandanı təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Məlumat üçün bildirək ki, “Mayak” layihəsinin məğzi gəncləri təhsil sferasındakı yeniliklər barədə məlumatlandırmaq, eləcə də qrantlar, təqaüd, təcrübə və könüllülük proqramları, layihələr, təlimlər, konfranslar, tədris kursları haqqında informasiyaları portal vasitəsi ilə topluma çatdırmaqdır.

Qeyd edək ki, əsas məqsədi startapçıların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etmək olan Barama Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir. İlk biznes inkubatoru olan Baramada 9 il ərzində 80-dən çox layihə fəaliyyətə başlayıb ki, onlardan 20-si hazırda müstəqil şirkətlərdir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.12.21 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla