Yuxarı

“Azercell”in dəstəyi ilə məktəblilərimizin daha bir uğuru

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell”in dəstəyi ilə məktəblilərimizin daha bir uğuru

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadasında şagirdlərimiz ölkəmizi layiqincə təmsil ediblər. Yarışda Cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb. Cənub regionu üzrə 19 komandanın yarışdığı olimpiadada Azərbaycanı Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə və İbrahim Tağızadə təmsil edib.

Axar.az xəbər verir ki, məktəblilərimizin uğur qazanmasında Azercell Telekom MMC-nin də böyük rolu olub. Belə ki, məktəblilər yarışa Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar. Məşğələlərdə şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün mərkəz tərəfindən hər tərəfli şərait yaradılıb. Qeyd edək ki, müsabiqədə iştirak etməkdə məqsəd 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının (İOİ) hazırlıq planına uyğun olaraq, şagirdlərimizin bilik səviyyələrini müəyyənləşdirmək, təcrübələrini artırmaq və hazırlıq prosesini daha da intensivləşdirmək idi. 2019-cu ildə ölkəmizdə təşkil olunacaq Beynəlxaq İnformatika Olimpiadasında dünyanın 80-ə yaxın ölkəsindən 300-dən çox şagirdin iştirakı gözlənilir. Məlumat üçün bildirək ki, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin və gələcəyimiz olan uşaqların inkişafına yönəlik layihələri ilə hər zaman seçilən Azercell Telekom MMC oktyabr ayında Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edən məktəblilərə də dəstək olmuşdu.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2018.12.24 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla