Yuxarı

Azərbaycanlı analardan möhtəşəm addım: Uşaqlar üçün...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı analardan möhtəşəm addım: Uşaqlar üçün...

23 dekabr Azərbaycanlı Analar Birliyi “Moms Azerbaijan” tərəfindən təşkil olunan "Emosional və Fiziki Sağlam Uşaqlar Böyüdək" adlı konfrans keçirilib.

Publika.az xəbər verir ki, 500-dən çox gənc valideynin övladları ilə birgə toplaşdıqları konfrans istər maarifləndirmək, istərsə də xoş zaman keçirmək baxımından hər kəsə maraqlı anlar yaşatdı.

Bir neçə saat davam edən konfransda “Bioloji Təbabət” klinikasının həkim mütəxəssisləri emosional və fiziki sağlam övlad yetişdirmək üçün valideynlərə tövsiyələr veriblər.

Psixoloq Leyla Davud günümüzün əsas problemlərindən olan “blender körpə” sindromu mövzusunda gənc analara məsləhət verib. Süddən təbii qidaya keçid edən uşağın rasionunu yalnız blenderdən keçirilən qidaların təşkil etməsinin yanlış qərar olduğunu bildirib. Həmçinin valideynlərin telefon asılılığının, yetişdirdikləri azyaşlıların uşaqlığını, insanlığını yarım qoyduğunu vurğulayıb. Bundan başqa uşaqların individuallığı, valideynlərinə olan emosional tələbləri haqda da geniş müzakirə aparılıb. Tədbirə qatılan həkimlər körpə və azyaşlılıarın mədə-bağırsaq xəstəlikləri ilə düzgün mübarizə, həmçinin peyvəndlər haqda ətraflı məlumat da veriblər. Yeniyetmələrlə düzgün rəftar və münasibətin qurulması şərtlərindən danışıblar.

Mütəxəssislər valideynlərin övladları ilə bağlı narahatlıqlarından doğan sualları da cavablandırıblar.

Konfransın sonunda püşkatma nəticəsində seçilən qaliblərə bir sıra hədiyyələr təqdim olunub.

Bu tədbirin təşkilində maraqlı məqamlardan biri də o idi ki, xırda biznesi olan sahibkarlar, dekorativ tətbiqi sənət nümunələri təqdim edən sənətkarlar öz məhsullarını və əl işlərini sərgiləmək imkanı əldə etdilər. Həmçinin konfransa qatılan balacalara zehni inkişaf etdirən maraqlı hədiyyələr təqdim olunub.

Ölkəmiz üçün yenilik olan belə konfransların təşkili və davamlılığı olduqca faydalıdır. “Emosional və Fiziki Sağlam Uşaqlar Böyüdək” adlı konfrans həm gənc anaların sosial aləmlə münasibətini yenidən bərpa etmək, həm övladının tərbiyəsi ilə bağlı faydalı biliklər əldə etmək, həm də yeni tanışlıqlar qazanmaq baxımıdan olduqca gərəkli addımdır. Fiziki və əqli cəhətədən tam sağlam uşaqların böyüdüyü cəmiyyətdə yaşamaq arzusu ilə...

Tarix
2018.12.24 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla