Yuxarı

Kirayə maşınla qəza törədilərsə, zərəri kim ödəyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər, xüsusilə Bakıya turist axını başladıqdan sonra kirayə avtomobil verən şirkətlərin sayı artıb. Belə şirkətlərdən müəyyən vəsait qarşılığında avtomobil kirayələmək mümkündür. Lakin maraqlıdır, kirayələnən avtomobil qəzaya düşdüyü və ya qəza törətdiyi zaman avtomobilə dəyən zərəri kim ödəyir?

Mövzu ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtomobil kirayələmək Azərbaycanda yaranmış yeni xidmət növlərindəndir və belə şirkətlərin əksəriyyəti qanunla icazə verilmiş şəkildə fəaliyyət göstərir. Ekspert bildirib ki, bu şirkətlərə daxil olan bütün avtomobillər icbari sığorta olunur:

“Şirkətlər hər pul ödəyən şəxsə avtomobil vermir. İlk növbədə avtomobil götürən şəxsin sürücülük vəsiqəsi olmalıdır. Bundan başqa, şirkət həmin şəxsə avtomobili idarə edə bilməsi üçün etibarnamə verir. Bu, müddətli etibarnamə olur. Etibarnamənin vaxtı bitənə qədər şəxs avtomobili təhvil verməlidir. Sürücüyə etibarnamə verildikdən sonra avtomobil kirayəsini həyata keçirən şirkət həmin avtomobil üçün hansı sığorta şirkəti ilə müqavilə imzalayıbsa, ona bu barədə məlumt verir. Bununla da məsuliyyət həmin şəxs üçün nəzərdə tutulur. Həmin sürücü hər hansı hadisə törədərsə və hadisə nəticəsində bir başqa avtomobilə zərər dəyərsə, bu zaman günahsız olan 3-cü şəxsə dəymiş zərəri sığorta şirkəti ödəmiş olur”.

Ekspert bildirib ki, sığorta şirkətləri ödənişi etməkdən imtina edə və ya zərəri şirkətə də ödətdirə bilər:

“Əgər avtomobil kirayəsi ilə məşğul olan şirkət hər hansı sürücüyə avtomobili qanunsuz, sənədsiz, etibarnaməsiz verirsə, bu zaman qayda dəyişir. Əgər həmin sürücü kirayələdiyi avtomobillə qəza törədirsə, sığorta şirkəti yenə də 3-cü şəxsə dəymiş zərəri ödəyir. Ancaq sonra kirayələnən nəqliyyat vasitəsinin sahibi, yəni həmin şirkət sığorta şirkəti tərəfindən məhkəməyə verilir. Surroqasiya halında avtomobilə dəymiş zərəri həmin şirkətdən geri alırlar. Əksər avtomobil kirayə verən şirkətlərin daimi işlədiyi sığorta şirkətləri var. Bu, həm avtomobil kirayələyən, həm də sığorta şirkətinə sərf edən əməkdaşlıqdır. Bu məsələdə hər hansı ziddiyyətli hal olanda, sığorta şirkətləri müəyyən addımlar atırlar. Bu əməkdaşlığın davam etməsi üçün hər iki şirkət işini qayda-qanun çərçivəsində həyata keçirməyə məcburdur”.

Tarix
2019.02.02 / 14:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla