Yuxarı

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı bəlli oldu

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı bəlli olub

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 76 ölkədən olmaqla, 6 min nəfər təşkil edib. Bu da əvvəlki təhsil ili ilə müqayisədə 17 faiz artım deməkdir.

Hesabatda nəzərə çatdırılır ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3 min 558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd qazanıb. Artıq onların böyük əksəriyyəti məzun olaraq qayıdıb, dövlət və özəl sektorda çalışaraq, ölkəmizin inkişafına öz töhfələrini verməkdədir. Eyni zamanda Çin, Macarıstan, Rusiya, Latviya, Rumıniya və digər ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən, ayrılmış kvotaya uyğun olaraq, hazırda ümumilikdə 536 azərbaycanlı tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri, nanotenologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alır.

Tarix
2019.03.09 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

Onlara bu tarixdə hökm oxunacaq

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto

Azərbaycanla müharibə səhifəsini bağlamışıq - Simonyan

Xameneinin müşaviri Azərbaycanı hədələdi

Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla