Yuxarı

Bakıda 6 avtobus qəzası: ölənlər var – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 gün ərzində paytaxt Bakının yollarında 6 avtobus qəzası baş verib.

Axar.az sözügedən qəzaların siyahısını təqdim edir:

Martın 31-i saat 15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında Masallı rayon sakini N.Həmidov 46 saylı xətt üzrə idarə etdiyi “Daevo” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şəhla Hacıyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Həmin gün ölümlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi isə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub, piyada həyatını itirib.

Aprelin 2-si saat 07:30 radələrində 10 TG 992 dövlət nömrə nişanlı 62 saylı sərnişin avtobusu Tusi küçəsində mağazaya çırpılıb.

Elə həmin gün Bakının Yasamal rayonunda 39 nömrəli marşrut avtobusu “Bakı Bus”a məxsus 2 nömrəli avtobusa çırpılıb.

Bu gün Bakının Suraxanı rayonunda - Günəşli qəsəbəsi ərazisində minik maşını 50 nömrəli sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində ölən olmayıb.

Bir neçə saat öncə isə “Bakı Bus” avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus “Toyota Prado” markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Tarix
2019.04.04 / 18:57
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla