Yuxarı

Azərbaycanda kartof, soğan və kələm ucuzlaşdı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda kartof, soğan və kələm ucuzlaşdı - Rəsmi

Bu ilin mart ayının sonunda və aprel ayının əvvəlində kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunub.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin birgə açıqlamasında qeyd olunub.

Məlumatda həmçinin deyilir ki, daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artmış və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.

"Belə ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 0,79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 1,09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1,00 manatdan, marketlərdə isə 1,29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə, əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir", - deyə məlumatda qeyd olunub.

Tarix
2019.04.16 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla