Yuxarı

Elçin Quliyev Ermənistanla sərhədə getdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçin Quliyev Ermənistanla sərhədə getdi - Foto

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­layıb.

DSX-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi isti­qa­mətində həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sər­həd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, müdafiə mövqe­lərinin möhkəmləndirilməsi, mühəndis-isteh­kam tədbirlərinin gücləndi­ril­məsi üzrə tapşı­rıq­ların icra vəziyyəti haqqın­da məru­zələr dinlənil­ib.

Dövlət sərhədində müasir sər­həd müha­fi­zə infra­struktu­runun formalaşdırılması, sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların inşa edilməsi, yeni yolların sa­lınması, sə­naye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə ba­xış keçirilib, bu fəaliyyətin güc­ləndirilməsi üzrə göstərişlər ve­­ril­ib.

Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsin­də fərqlən­diklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əmək­daşlıq sahəsində xidmətlərə görə” me­dalı ilə təltif edilən yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hü­seyn Şahverdi­yevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıq­larına görə minnətdarlıq bildirilib, çay süfrəsi arxasında söhbət aparıl­ıb.

Tarix
2019.04.17 / 09:20
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla