Yuxarı

180 kq yararsız heyvan cəmdəyi aşkar olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
180 kq yararsız heyvan cəmdəyi aşkar olundu - Foto

Aprelin 23-ü saat 21.00 radələrində daxil olan məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Ağdam rayonu Qaradağlı kəndində vətəndaşa məxsus 10-XE-436 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə baxış keçirilib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 180 kq mənşəyi məlum olmayan istifadəyə yararsız iribuynuzlu heyvan cəmdəyi aşkar olunub. Aşkarlanmış heyvan cəmdəyinin antisanitar şəraitdə daşındığı məlum olub. Heyvanın orqonoleptik göstəricilərinə görə aqoniya halında kəsildiyi, qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin qoxusu olduğu müəyyən edilib.

Heyvan cəmdəklərindən nümunələr götürülərək müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Tarix
2019.04.24 / 11:17
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla