Yuxarı

Xaçmazda yol terroru: 55 yaşlı qadın öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazda yol terroru: 55 yaşlı qadın öldü - Foto

Bu gün axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 15-ci km-də, rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü Çarxı kənd sakini Mustafayev Faiq Fikrət oğlu idarə etdiyi 27 BJ 787 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin Xaçmaz rayonu, Qalaqan kənd sakini 1959-cü il təvəllüdlü İbrahimova Salat Əlibala qızı olduğu müəyyənləşib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Tarix
2014.12.10 / 21:51
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla