Yuxarı

Azərbaycan niyə bu gün bayram etmir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan niyə bu gün bayram etmir? - Video

11:58

Ötən gecə Azərbaycan ərazisində Ayın görünməsi mümkünsüzdür.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli sosial şəbəkələrdə ötən gecə Ayın göründüyü və bu səbəbdən bu gün Ramazan bayramı olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib. O, müsəlmanların bu gün də oruc tutmağa davam etməli olduğunu söyləyib:

“Azərbaycanda bu məsələlərlə Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Rəsədxanası məşğul olur. Qafqaz Müsəlmanları İdarəsi elmi müşahidələrə əsaslanır, eyni zamanda, dini qaydalarla elmi qanunların uzlaşdırılması nəticəsində bu məsələyə münasibət bildirilir. Həmin məsələ ilə məşğul olan komissiyanın üzvlərindən biri də mənəm. Azərbaycan ərazisində Ayın görünməsi ilə bağlı müşahidələr aparılır. Dünən axşam ölkə ərazisində Ayın görünməsi mümkünsüzdür. Azərbaycan ərazisində Ayın bu gün axşam görülməsi ehtimalı çox yüksəkdir. Bütün elmi proqnozlar da bunu təsdiq edir”.

İlahiyyatçı həmçinin yerləşdiyi coğrafi mövqedən asılı olaraq başqa müsəlman ölkələrində Ayın görünməsinin fərqli zamanlara təsadüf edə biləcəyini, buna görə də 10 islam ölkəsində bu gunun bayram kimi qeyd edilməsinin dinə uyğun olduğunu da qeyd edib.

Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Livan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn və Əlcəzairdə bu gün Ramazan bayramı qeyd olunur.

Tarix
2019.06.04 / 15:36
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla