Yuxarı

Sabah Bakıya yağış yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah Bakıya yağış yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 27-də dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 32-34° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti təşkil edəcək.

Tarix
2019.06.26 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla