Paytaxt Bakıda analoqu
olmayan yaşayış kompleksi tikilir.
Axar.az xəbər verir ki, 3-cü mikrarayon dairəsi yaxınlığında
inşa edilən kompleks dəmir konstruksiya əsasında tikilir.
Tikinti şirkətinin şöbə rəisi Nizami Nadiroğlunun verdiyi
məlumata görə, kompleks yaşayış, ofis və ticarət təyinatlı
binadır:
"Bir müddət öncə mətbuatda inşa etdiyimiz binanın konstruksiya
tipli avtopark olacağı ilə bağlı yazılar dərc olunmuşdu. Bina
konstruksiyadan ibarət olduğu üçün belə rəy yaranıb. Bildirmək
istəyirəm ki, inşa etdiyimiz bu binalar avtopark deyil, yaşayış
kompleksidir. Təbii ki, bu kompleksdə avtomobillər üçün
dayanacaqlar da nəzərdə tutulub".
Bildirək ki, paytaxtda bir ilkə imza atacaq bu kompleksin
tikintisində əsasən dəmir konstruksiyadan istifadə olunub. Bu
təcrübənin dünya miqyasında özünü doğrultduğunu nəzərə alsaq, yaxın
gələcəkdə paytaxtda belə binaların sayının artacağını deyə
bilərik.