Yuxarı

Nazirlik attestat almaq qaydasını açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi məzunların attestat alması qaydasını açıqlayıb.

APA-nın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ümumi orta və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətinə təqdim edilir.

Bildirilib ki, məzunlar tərəfindən götürülməyən attestatlar doldurulmuş halda ümumi təhsil müəssisəsində saxlanılır: “Məzunun təhsil aldığı ümumi təhsil müəssisəsi ləğv olunduqda, attestat və ya onun dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər. Attestatını itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin adı, soyadı, atasının adı, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir. Ümumi təhsil müəssisəsi vətəndaşın ərizəsinə əsasən, 15 gün müddətində attestatın dublikatını verir. Attestatın dublikatı arxiv sənədləri əsasında verilir”.

Qeyd olunub ki, ümumi orta, tam orta təhsil haqqında attestatın və ya onların dublikatlarının hazırlanmasına, verilməsinə görə heç bir ödəniş tələb olunmur.

Tarix
2019.07.26 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah MM-in xüsusi iclası keçiriləcək

Ceyhun Bayramov İraqa getdi

Pezeşkianın səfərinin iki hədəfi: Bakı qəbul etməyəcək...

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi

Rusiyadan deportasiya olunma səbəbim... - Badamov

Azərbaycan-Suriya münasibətləri...

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri...

Vardanyanın məhkəməsində zərərçəkmiş danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla