Yuxarı

Deputat oğlu bahalı maşınla avtoşluq etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində Bakı küçələrində qadağan olunmuş səs siqnallarından istifadə edən, bununla da asayişi pozan sürücü saxlanılıb.

Aznews.az xəbər verir ki, avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı "Maserati" markalı bahalı avtomobili cərimə meydançasına aparılıb. Həmin avtomobil hazırda Badamdarda yerləşən cərimə meydançasında saxlanılır.

Məlum olub ki, sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib.

Məsələ ilə bağlı millət vəkili Famil adlı oğlunun olduğunu bildirsə də, onun idarə etdiyi "Maserati"nin cərimə meydançasına aparılmasını təsdiqləməyib: "O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər".

Yeri gəlmişkən, Prezident sərəncamı ilə qadağan olunan bu səs siqnallarından istifadə etmək ən ağır qayda pozuntusu hesab edilir və bu əməli törədən şəxsin işi məhkəmədə həll olunur.

Qeyd edək ki, Mahir Aslanov Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Tarix
2015.01.06 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

Bu ərazilər Azərbaycana qaytarılır: ermənilər xəritə yaydı - Foto

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

İlham Əliyevin müdrikliyi sayəsində... - Rusiya səfiri

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

İlham Əliyev Filippin prezidentini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

Prezident onlara müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla