Yuxarı

İki universitet Bakı kənarına köçürüldü: davamı... – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Bakının adı son illər dünyanın ən sıx və qələbəlik olan şəhərləri arasında çəkilir. Sıxlığa əsas səbəb isə əksər iş yerləri, zavodların, nazirlik və ali təhsil ocaqlarının burada yerləşməsi ilə əlaqədardır. Hər yeni tədris ilində bölgələrdən ali təhsil almaq məqsədilə Bakıya axın edən tələbələr sayəsində sıxlıq daha da artır. Ekspertlər hesab edir ki, bu problemin aradan qaldırılması üçün ilk növbədə ali təhsil ocaqları Bakı ətrafı ərazilərə daşınmalı, bəziləri isə bölgələrə köçürülməlidir.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Bakı şəhərində yerləşən universitetlərin Bakı ətrafı ərazilərə və bölgələrə köçürülməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Ancaq edilən təkliflər də, görülməli olan işlər də reallaşmayıb.

Ekspertin sözlərinə görə, bu gün universitetlərin əsas problemi kampus şəkildə fəaliyyət göstərməməsidir:

“Universitetlərimiz kampus şəklində fəaliyyət göstərməyə maraqlı olsaydı, əvvəlcədən universitet üçün yeri şəhərin içində deyil, daha kənar, şəhərətrafı yerlərdə seçərdi. Kampus şəklində fəaliyyət üçün əvvəlcə universitetlərə böyük torpaq sahələri ayrılmalıdır. Hər universitetə təxminən 30, 40, 50 hektar torpaq sahəsi ayrılmalıdır ki, gələcəkdə bu universitet inkişaf etdikcə öz şəraitini qura bilsin. Bunun üçün də dövlət proqramı qəbul olunmalıdır.

Hesab edirəm ki, bu gün Bakıda yerləşən Azərbaycan Tibb Universitetindən başqa digər bütün universitetləri Bakı ətrafı ərazilərə və bölgələrə köçürmək olar. Çünki Tibb Universitetinin praktik infrastrukturu şəhərdədir. Bu universitetin tələbələrinin təcrübəni əsasən xəstəxanalarda keçdiyini və xəstəxanaların da əsasən Bakıda yerləşdiyini nəzərə alsaq, ATU-nun Bakıdan köçürülməsi düzgün olmaz.

Digər ali məktəbləri isə rahatlıqla bölgələrə köçürmək mümkündür”.

E.Qafarov bildirib ki, universitetlərin bölgələrə köçürülməsi həmin yerlərin inkişafına xeyli təkan verib yeni iş yerlərinin açılmasına səbəb olar:

“Bölgələrə gəlincə isə universitetlərin Quba, Şamaxı, Salyan ərazisinə köçürülməsi daha münasib olardı. Həmin istiqamətlərdə yeni yolların salınması və məsafənin qısaldılması da buna tam imkan verir.

Bu, o qədər də çətin proses deyil. Əsas məsələ universitet binalarının tikilməsidir. 3, maksimum isə 5 ilə bina təhvil verilə bilər. Xarici təcrübədə universitetlərin paytaxtda cəmləşməsi kimi bir anlayış yoxdur. Hətta paytaxtda olanlar belə şəhər ətrafındadır. Çünki xaricdə, məsələn, Türkiyədə fəaliyyət göstərən universitetlərin 40-50 hektara qədər sahəsi olur və kampus şəklində fəaliyyət göstərir. Yəni universitet şəhərciyi olur, daxilində yataqxanası, müəllimlər üçün yaşayış evləri, ofislər də fəaliyyət göstərir. Son illər ərzində Türkiyədə fəaliyyətə başlayan universitetlərin sahəsi 100 hektarlarla ölçülür. Təbii ki, bu qədər geniş ərazini əhatə edən universitet şəhər ətrafında olmalıdır.

Hazırda yeganə Aqrar Universitetdir ki, kampus şəklində fəaliyyət göstərir”.

Təhsil eksperti Kamran Əsədov də hesab edir ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur:

“İlk növbədə qeyd edim ki, hazırda respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filialı fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 157 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 120 947 bakalavr, 11 740 magistr Bakıda təhsil alır. Bu, böyük rəqəmdir və təbii ki, sıxlıq yaradır.

Təsəvvür edin, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi, ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır.

Ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər. Əslində bu gün pik saatlarda yaranan sıxlıq yollara bitişik ərazilərdə ali təhsil müəsissələrinin hesabınadır. Buna görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Əgər belə olarsa, ali təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların qarşısı alınar”.

K.Əsədov da hesab edir ki, bəzi universitetlərin Bakı ətrafına köçürülməsi həmin ərazilərin də inkişafına təkan verə bilər:

“Paytaxtdan kənara köçürülməyə ehtiyac olan universitetlər əsasən İqtisad Universiteti, Bakı Slavyan Universiteti və Pedaqoji Universitetidir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt , Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu həm də Bakı ətrafı ərazilərin də inkişafına təkan verər.

Dünya təcrübəsinə baxanda görürük ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdə də, şəhərdən kənarda da yerləşir. Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib-gələ bilirlər”.

Ekspert bildirib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur:

“Bu o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik. Düşünürəm ki, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur. O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir. Elə universitetlər var ki, onların həyətləri, sahəsi, bağ-bağçası yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti yoxdur. Bəzi institutların maşın saxlamaq, tələbələrin hərəkəti üçün yol problemi var. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı.

Artıq Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı filialı və Bakı Ali Neft Məktəbi şəhər ətrafına köçürülüb. Hesab edirəm ki, önəmli olan təhsilin keyfiyyətidir. Universitetin harada olmasından aslı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir”.

Tarix
2019.09.06 / 12:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla