Yuxarı

Şəhid xanımı: Bu gün onlar azadlığa buraxılsa...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid xanımı: Bu gün onlar azadlığa buraxılsa...

"Aprel şəhidi” polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "ZƏFƏR" Şəhid ailələrinə dəstək ictimai birliyi rəhbəri Sevinc Orucova aprel döyüşlərində şəhid olan analar adından "Gəncə hadisələri” zamanı xidməti vəzifəsini yerinə yetirərkən iğtişaşçılar tərəfindən öldürülən polis polkovnik-leytenantları İlqar Balakişiyev və Səməd Abbasovun ailə üzvlərinə dəstək olub.

Axar.az xəbər verir ki, S.Orucova prezident İlham Əliyevə müraciət edərək bu işin ədalətli araşdırılması, polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasovun qətlində, Gəncədəki iğtişaşların baş verməsində günahı olanlara layiqli cəza verilməsini xahiş edib.

Şəhid xanımı həmin ailələrin yanında olduğunu bildirib:

“Mən şəhid polislərin ailələrini gözəl anlayıram. Onların ağrısını, acısını ən yaxşı dərk edən ailələrdən biri də bizik. Bir fərqimiz var, mənim həyat yoldaşım Raquf Orucov bizim əbədi, əzəli düşmənlərimiz ermənilər tərəfindən şəhid edilib, amma polis polkovnik-leytenantları Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzində öz millətimizin nümayəndələri tərəfindən həlak edilib.

Heç bir cinayət cəzasız qalmır və qalmamalıdır. Bu gün həmin şəxslər əfv edilib azadlığa buraxılsa, biz o polislərin övladlarının gözünə necə baxa bilərik? İğtişaşlarda günahı olanlar azadlığa buraxılarsa, sabahısı gün sabitliyi necə təmin edə bilərik?"

Qeyd edək ki, bu işlə bağlı təqsirləndirilən şəxslər məhkəmə hökmü ilə cəzalandırıldıqdan sonra onların yaxınları aksiyalar keçirərək buna etiraz edib və həmin şəxslərin azadlığa buraxılmasını tələb ediblər. Qətlə yetirilən polislərin ailə üzvləri isə bu işdə günahı olanların layiqli cəza almasını, heç bir kəsə güzəştə gedilməməsini tələb edirlər.

Tarix
2019.09.20 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

İran təsəvvürləri alt-üst etdi: Avropa da təhlükədə...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla