Yuxarı

Goranboyun bu kəndini qorxudan nədir? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyun Nizami kənd sakinləri səksəkə içindədir. Kənd camaatı transformator və elektrik naqillərinin qəzalı vəziyyətdə olmasına görə qorxu ilə yaşayır. Əhali hər an aşma təhlükəsi olan elektrik dirəklərinin və izolyasiyasız hava xəttinin necə gəldi çəkilməsindən gileylənir.

Kəpəz TV-yə danışan şikayətçi Nərminə Quliyeva deyib ki, nabələd adam gələndə buradan keçə bilmir.

Kənd sakini Ramil Əliyev də qeyd edib ki, yoldan istifadə edə bilmirlər. Sevda Namazova isə bir neçə dəfə transformatorda yanğın olduğunu bildirib:

"Evdən çıxıb qaçmışıq. Bu, nə vaxta qədər belə olacaq?"

Goranboy Elektrik Şəbəkəsi də vəziyyətdən xəbərdardır. Qarşıdakı həftə ərzində Nizami kəndinin sakinləri üçün yaranan təhlükənin həll ediləcəyi bildirilir. Goranboy Elektrik Şəbəkəsinin baş mühəndisi Anar Hüseynov deyib ki, həmin transformatorun qarşısındakı naqillərin boşalması, bir neçə dayağın əyilməsi ilə bağlı məlumat daxil olub.

A.Hüseynov onu da bildirib ki, Nizami kəndinin elektrik şəbəkəsinə 20 min manatdan artıq borcu var.

Tarix
2015.01.16 / 16:54
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla