Yuxarı

İcma sədrindən ATƏT-də Qarabağ çağırışı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcma sədrindən ATƏT-də Qarabağ çağırışı

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları ofisinin təşkilatçılığı ilə Varşavada insan alveri, eləcə də qaçqın və məcburi köçkünlərin hüquqları mövzusunda keçirilən konfransda iştirak ediblər.

Axar.az xəbər verir ki, Ermənistan nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin toplantıda çıxış etməsinə mane olmağa çalışıblar.

Tural Gəncəliyev toplantıda işğal altındakı Qarabağın 800 mindən artıq əhalisini təmsil etdiyini deyib. Dünya birliyini onların pozulmuş hüquqlarının bərpasına çağırıb.

Toplantıda çıxış edən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 ətraf rayonun 1 milyona yaxın əhalisinin hüquqlarının pozulduğunu, dünyanın isə buna göz yumduğunu qeyd edib. Fuad Hüseynov problemin həllinin işğala son qoyulması və bu insanların öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasından sonra mümkün olacağını bildirib. Amma Ermənistanın bunda maraqlı olmadığını diqqətə çatdırıb.

Tarix
2019.09.21 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla