Yuxarı

Elinanın ölümü necə baş verib? - Həkimlər ifadə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:32

Təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə mərhum Elina Hacıyevanın anasının nümayəndləri vəsatətlə çıxış ediblər. Nümayəndələr təqsirləndirilən Sevinc Abbasovanın barəsində olan qətimkan tədbirinin dəyişdirilməsi və onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyiblər.

Hakim müşavirədən sonra vəsatətin təmin olunmaması barədə qərar açıqlayıb.

Daha sonra nümayəndələr məhkəmədə audio və video aparılması ilə bağlı vəsatət veriblər. Bu vəsatət də təmin olunmayıb.

Proses günün ikinci yarısında davam edəcək.

***

Zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi günün ikinci yarısında davam edib.

Prosesdə həkim-taksikoloq Faiq Süleymanov ifadə verib. O bildirib ki, Elina Hacıyeva dərmanlar qəbul edib: "Mədəsini yuduq. Bildirdi ki, axşam 30 ədəd “Ketatifen” atıb. Bu mənə inandırıcı gəlmədi. Çünki o qədər həb qəbul etsəydi, səhər ayıla bilməzdi. Mən daha sonra Elinanı Travmatologiyaya göndərdim".

19 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Vasif Mursaqulov isə qeyd edib ki, hadisə ilə bağlı çağırış 11:04-də gəlib: “Biz hadisə yerinə gəldik. İlkin müdaxilə etdik. Elina dedi ki, 30-a yaxın həb qəbul edib. Səbəbini soruşdum, dedi, 15 gündür intihar etmək qərarına gəlib. Evdə də, məktəbdə də onu istəyən adam olmadığı üçün bu qərarı verdiyini dedi”.

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinin baş anestezioloqu Vaqif Rəhimov bildirib ki, Elina Hacıyeva xəstəxanaya yerləşdirildiyindən 2 gün sonra dünyasını dəyişib:

“Elinanın ağ ciyərində ödəm yığılmışdı. Birinci gün hər şey yolunda gedirdi. İkinci gündə vəziyyət pisləşdi. Ona 5 lt oksigen verildi. Gərəkli müdaxilələr edildi, amma nəticə verilmədi. Ayın 6-ı səhər 11:15 radələrində Elinada bioloji ölüm oldu”.

Proses sentyabrın 27-də davam edəcək.

Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İstintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilib.

Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilib, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub.

Elina Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilib.

Tarix
2019.09.25 / 23:16
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla