Yuxarı

Azərbaycan bir daha bunu sübut etdi - Özoral

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfirliyində yeni təyin olunan mətbuat müşaviri Hüseyn Altınalanla media nümayəndələrinin tanışlıq görüşü keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF sədri Vüqar Səfərli, ölkənin media kapitanları, jurnalistlər iştirak ediblər.

Ərkan Özoral bildirib ki, Azərbaycan son zamanlar həyata keçirilən “Sülh çeşməsi” və ondan öncəki əməliyyatlara verdiyi dəstəklə bizim bir millət, iki dövlət olduğumuzu bütün dünyaya isbat etmiş oldu:

“Ona görə də sizlərin simasında bütün Azərbaycan xalqına, cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ötən həftə türk dünyasının liderlərinin Bakıda toplantısı oldu. Orada önəmli qərarlar qəbul olundu. Bu da türk dünyasındakı birliyi dünyaya göstərdi. Suriyada 9 ildir davam edən savaşın acısını Suriyadan sonra ən çox çəkən Türkiyə oldu. Terror üzündən çoxlu şəhid verdik. Bir yandan da Suriyadan gələn qaçqınlara ən çox yardımı Türkiyə etdi. Hazırda Türkiyədə 3 milyon 600 min Suriyadan gələn qaçqın var. Türkiyənin onlara çəkdikləri xərci isə 40 milyard dolların üzərinə çıxıb. Bizə bunun qarşılığında Avropa Birliyindən 6 milyard dollar söz verilib, onun da indiyə qədər 3 milyardı ödənilib. Bundan başqa, terrora qarşı mübarizədə müttəfiqlərimizin də ciddi dəstəyini görmədik. Əksinə, bəzi müttəfiqlərimiz tərəfindən terrorçulara yük maşınları ilə dolu silah dəstəyi verildi. Bizim Türkiyə olaraq arzumuz Suriyada bir an öncə sülhün əldə olunması, Suriyanın ərazi bütövlüyünün qorunmasıdır. Suriya məsələsinin əslində biz hərbi yolla həll olunmasını tamamilə rədd etmişdik. Siyasi yolla məsələnin həllini dəstəkləyirik. Sentyabr ayında Ankarada düzənlənən Türkiyə- Rusiya-İran üçlü görüşündə də Suriya məsələsinin həlli ön planda idi. Bununla belə, sərhədimizdə terrorla üzbəüz qalmışıq. Biz hər zaman açıqladığımız kimi, Türkiyə Cümhuriyyətinə qarşı təhdidə qarşıyıq. Bu günə qədər 40 min vətəndaşımızı terror üzündən itirdik”.

Səfir qeyd edib ki, ölkənin təhlükəsizliyi üçün lazım olan bütün addımları atacağıq:

“Əsgərlərimiz İŞİD terrorçuları ilə üzbəüz silahlı mübarizəyə girib və onları zərərsizləşdirib. Bundan əlavə Fərat çayı ətrafında PYD/YPG terror qruplaşmaları da müttəfiqimizin dəstəyi ilə güclənməkdədir. Belə bir hala da sadəcə seyrici qalmağımız heç kim tərəfindən gözlənilməli deyildi. Buna görə də özəlliklə Amerika ilə münasibətlərimizdə bunu dilə gətirdik”.

Səfirin sözlərinə görə, dünya mətbuatında müxtəlif yalan, qarayaxmalar yayılır, hətta Xocalı soyqırımında çəkilən şəkilləri belə Türkiyənin adına yazıb, bu əməliyyatlarda çəkilmiş fotolar kimi təqdim edirlər:

“Dünyaya bu cür yalan satmaq istəyirlər. Əslində isə bizim Suriyadakı hədəflərimizdən biri İŞİD-in o bölgədən təmizlənməsidir. Bizə edilən qaralamalardan biri də Türkiyə Silahlı Qüvvələrinin guya bu əməliyyat zamanı kimyəvi silah istifadə etməsi istəyi ilə bağlıdır. Türkiyə ordusu bu cür silah istifadə etmir. Bu barədə bizim dövlət rəsmilərimiz də açıqlama veriblər. Ümid edirik ki, verilən zaman tamam olduqda bölgənin təmizləndiyini görüb, yeni əməliyyat başlamaq məcburiyyətində qalmarıq. İnşallah, Suriyada sülh bir an öncə hakim olar”.

Tarix
2019.10.21 / 17:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla