Yuxarı

Azərbaycanda 5G şəbəkəsi istifadəyə verildi - İlk dəfə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 5G şəbəkəsi istifadəyə verildi - İlk dəfə

12:50

Rəqəmsal dünyanı "Azercell" ilə yarat! – Ölkənin lider mobil operatoru Azərbaycanı yeni bağlantı erasına yüksəltmək vədinə sadiq olduğunu nümayiş etdirir!

Ölkədə və regionda ilk dəfə olaraq şəhər həyatının ən izdihamlı və qaynar yaşandığı Fəvvarələr Meydanı 5G şəbəkəsi ilə əhatə olunacaq!

Axar.az xəbər verir ki, "Azercell" özünün daimi tərəfdaşı - Ericsson ilə birlikdə Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri Mərkəzində (Tağıyev küçəsi, 26A) mətbuat nümayəndələri və bütün ziyarətçilərə mobil telefonda 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaratdı. Sınaq zamanı 1GB/san-dən daha artıq yükləmə sürəti qeydə alındı.

5G şəbəkəsinin demo istifadəsi çərçivəsində "Azercell" dekabr ayının əvvəlində Fəvvarələr Meydanında azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri olacaq!

Dekabr ayından etibarən "Azercell", abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri Xidmətləri Mərkəzində bu növ telefonların satışı aparılacaq. Beşinci nəsil telefonları olan və yeni telefonlar sifariş edən müştərilər "Azercell"dən 5G sim kartlarını ödənişsiz əldə edəcəklər.

5G - müasir genişzolaqlı mobil rabitə xidmətlərini artırmaqla yanaşı, yüksək məhsuldarlıq, effektivlik və sərfəli qiymətlə yeni sənaye sahələrini birləşdirəcək, eləcə də müxtəlif çeşidli xidmətləri və cihazları dəstəkləyən mobil şəbəkələri genişləndirəcək bir innovativ platformadır. 5G, pərakəndə satışdan tutmuş təhsilə, nəqliyyatdan əyləncəyə qədər və onlarla bağlı xidmətlər ilə geniş bir sahəni dəyişdirəcəkdir.

Beşinci nəsil simsiz texnologiya ildırım sürəti, inanılmaz dərəcədə az ləngimə və eyni vaxtda çox sayda qoşulma qabiliyyəti vəd edir. Yüksək sürət, minimal gecikmə və daha böyük tutum qabiliyyəti, ultra yüksək keyfiyyətli video, virtual reallıq və digər qabaqcıl tətbiqlərin istifadəsinə geniş imkan yarada biləcək. Bundan əlavə, 5G-nin işə salınması minimal enerji sərfiyyatı ilə Əşyaların İnterneti (İnternet of Things- IoT) potensialını bir anda daha çox qoşulma ilə (1 kvadrat kilometrə 1 milyonadək) artıracaqdır.

Pilot mərhələsində 5G xidməti "Azercell" tərəfindən ödənişsiz təqdim olunacaq və xidmətin ölkə boyu kommersiya istifadəsinə veriləcəyi ana qədər müxtəlif innovativ texnoloji həllər ilə əlaqəli kompleks sınaq işlərinin aparılması davam etdiriləcəkdir. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi "Azercell"i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Həmçinin "Azercell"in Azərbaycanda hər bir istifadəçiyə beşinci nəsil şəbəkəsinin üstünlüklərini göstərmək və yaxın etmək iqtidarında olduğunu sübut edir.

Azərbaycanı yeni bağlantı erasına hazırlayan Azercell Telekom özünün LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə əhali əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail oldu. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alındı. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi "Azercell"in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.11.12 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycan və Monteneqro memorandum imzaladı - Foto

Bayramov monteneqrolu həmkarı ilə görüşdü

Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması...

Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək

Səfirlik: ABŞ Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla