Yuxarı

YAP Qarabağ əlili üçün ev inşa edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək.

YAP-dan Axar.az-a verilən məlumata görə, YAP Yevlax rayonu, Yuxarı Qarxun kənd sakini, birinci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan polis polkovnik-leytenantı, 1947-ci il təvəllüdlü Həsənov Tahir Hüseyn oğlunun mövcud sosial durumunu nəzərə alaraq ona fərdi evin tikilməsini öz üzərinə götürüb.

Artıq fərdi evin tikintisi üçün Yevlax rayonunda müvafiq ərazi ayrılıb. Fərdi evin tikilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, YAP öz fəaliyyətində müxtəlif tipli sosial layihələrin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, Həsənov Tahir Hüseyn oğlu 20.11.1968-ci ildən 02.01.1970-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında siravi əsgər kimi, 02.01.1970-ci ildən 15.06.1992-ci il tarixədək zabit kimi, 15.06.1992-ci ildən19.04.1999-cu il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.

O, 1979-1981-ci illərdə keçmiş Sovet ordusu sıralarında zabit kimi Əfqanıstanda xidmət edib. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış və nəticədə sol əl barmaqlarını və sol ayağını itirib.

T.Həsənov 2000-ci ildən 2005-ci ilədək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətində Qarabağ əlilləri və Şəhid ailələrinin mənzil növbəliliyinə alınıb, 2005-ci ildə növbəliliyi Binəqədi rayonuna keçirilib. 2013-cü ildə isə sağlamlığının məhdudlaşması və ailə vəziyyəti ilə bağlı daimi qeydiyyat yeri olan Yevlax rayonu, Yuxarı Qarxun kəndində məskunlaşıb.

13.09.2013-cü il tarixində Yevlax Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunmaq üçün Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyinə alınmasını xahiş edib. Həsənov Tahir Hüseyn oğlunun ərizəsi nəzərə alınaraq o, həmin vaxtdan qanunamüvafiq olaraq Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliyində 119-cu sırada qeydiyyata alınıb. Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 01.03.2014-cü il tarixə dürüstləşdirilmiş mənzil növbəliliyi siyahısı Yevlax Şəhər İcra Hakimiyyətinin 06.03.2014-cü il tarixli 208 nömrəli qeydiyyat məktubu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub.

Ötən dövr ərzində fərdi yaşayış evləri və ya ictimai mənzillərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər üzürlü səbəblərdən mənzil növbəliliyindən çıxarılmış şəxslərdən sonra hazırda Həsənov Tahir Hüseyn oğlu Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyində 73-cü sıraya yerləşdirilib.

Tarix
2019.11.12 / 21:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla