Yuxarı

İlham Əliyev bu keyfiyyətlərə malikdir - Ramiz Mehdiyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev bu keyfiyyətlərə malikdir - Ramiz Mehdiyev

Gələcək nəsillər müasir Azərbaycanın inkişaf tarixini öyrənərkən XXI əsrdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında, milli ideyanın reallaşdırılması üçün Azərbaycan millətinin sıx birləşməsində mühüm rol oynamış İlham Əliyevin tarixi rolunu qeyd edəcəklər.

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" adlı məqaləsində qeyd olunub.

Bildirilib ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Azərbaycan xalqının sevgisini və dərin hörmətini qazanıb. Prezident ilə xalqın bu qarşılıqlı hissləri İlham Əliyevə qüvvət və əminlik verir ki, onun ölkəni apardığı yol, sadəcə yol deyil, doğru yoldur. Məhz bu yol Azərbaycan xalqını daha yaxşı gələcəyə çatdıracaq.

"Prezident İlham Əliyev siyasi lider olmaqla özünü müstəsna səriştəli dövlət xadimi kimi göstərir, təkcə ölkə əhalisinin mütləq əksəriyyətinin deyil, həm də dünyada 155 dövlətin başçılarının nəzərində şəksiz yüksək nüfuz və dəstək qazanıb. O, ölkə Prezidenti üçün çox zəruri olan, milli dəyərlərə müvafiq yüksək keyfiyyətlərə malikdir", - R.Mehdiyev məqaləsində yazıb.

Sözügedən məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

Tarix
2019.12.10 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla