Yuxarı

11 yaşlı şagirdin müəmmalı intiharı: əslində nə baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
11 yaşlı şagirdin müəmmalı intiharı: əslində nə baş verir?

Yanvarın 23-də Gədəbəy rayonunda 11 yaşlı oğlan intihar edib.

Bu barədə Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyev ANS-ə məlumat verib. Onun sözlərinə görə, rayonun Arabaçı kəndində 2004-cü il təvəllüdlü Şahin Gülzalı oğlu Abbasov özünü asıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilib. Hazırda baş verən intiharın səbəbləri dəqiqləşdirilir.

Hadisə ilə əlaqədar bildirilib ki, uşaq orta məktəbdə müəllim tərəfindən döyülüb. Onu, sinif rəhbəri Rübail Tofiq oğlu Nəbiyev döyüb.

Ehtimal olunur ki, məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşən uşaq bu səbəbdən özünü asıb. Lakin rayon prokurorluğundan faktla bağlı heç bir məlumat verilməyib.

"Rübail Nəbiyev intihar edən Şahin Abbasovun sinif rəhbəri olduğu üçün dindirilib. Hazırda istintaq aparılır. İstintaq sirri olduğu üçün bəzi detalları açıqlaya bilmərik", - deyə Anar Nağıyev bildirib.

Faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyində də araşdırmalara başlanılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalardan sonra hadisənin əsas səbəbləri məlum olacaq.

Bu barədə məktəbin direktoru Tofiq Mirzəyev isə açıqlamasında bildirib ki, intihar deyildiyi kimi məktəbdə yaranmış problem səbəbindən olmayıb.

"Ümumiyyətlə, deyilənlərin hamısı bizim məktəbə qarşı yönələn qara qüvvələrin işidir. Şahin Abbasovun məktəbdə heç bir problemi olmayıb. Davamiyyəti yaxşı olub. Bacardığı qədər müəllimlərin tapşırıqlarını yerinə yetirməyə çalışıb. Ondan heç kəs narazılıq etməyib. Hadisə baş verən günün səhəri sinifə girib, uşaqlarla bir-bir danışmışam. Uşaqlar da bildiriblər ki, sinif rəhbəri heç kəsi incitməyib".

İntihar edən şagirdin sinif rəhbəri Rübail Nəbiyev barəsində deyilənlərin heç birinin həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edək ki, intiharla bağlı araşdırmalar davam edir

Tarix
2015.02.06 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla