Yuxarı

Bakı dairəvi dəmiryolu bu tarixdə istifadəyə veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı dairəvi dəmiryolu bu tarixdə istifadəyə veriləcək

Vaxtilə bizim Meğridən Naxçıvan vasitəsilə İrana çıxışımız olub. Bilirsiniz ki, ulu öndərin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu dönəmdə Xankəndi şəhərinə dəmiryolu çəkilib. Həmin dəmiryolu Xankəndini Bakı ilə birləşdirib.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

C.Qurbanov hazırda dəmir yollarında da inkişaf müşahidə olunduğunu və ölkənin dəmir yollarının uzunluğunun 4200 kilometrə çatdığını bildirib:

“Onlardan 2955 kilomerti əsas yoldur. Bunlar Gürcüstan, İran sərhədinə, Balakənə, İmişliyə və sair yerlərə olan yollardır. Dəmir yollarının ikinci inkişaf dövrü Prezident İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Hazırda dəmir yollarında 20 minə qədər işçi çalışır. 2015-ci ildəki əmək haqqı ilə indiki arasında 95 faiz artım var. Əgər həmin vaxt orta əmək haqqı 120-130 manat olubsa, hazırda 583 manatdır. Əsasən əmək haqlarının artımı yüklərin artmasından asılıdır. Ona görə də infrastrukturun inkişafına diqqət yetirilir. Əgər 2016-cı ildə dəmir yolunda orta sürət saatda 30-35 kilometr olubsa, hazırda saatda 55 kilometrin üzərindədir. Hazırda dəmir yolları səmərəliliyə görə 13-cü, keyfiyyət göstəricisinə görə 35-ci yerdədir”.

C.Qurbanov qeyd edib ki, bu il alınan yeni elektrik qatarlarının sayı 9-a çatıb.

QSC sədri fevral ayının ortalarınadək Bakı dairəvi dəmir yolunun istifadəyə veriləcəyini bildirib:

“Bununla da dəmir yolları vasitəsilə Bakı Xırdalanla, Xırdalan Abşeronla birləşdiriləcək”.

Tarix
2019.12.17 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla