Yuxarı

Bakıda sənədsiz həyət evləri qeydiyyata alınır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sənədsiz həyət evləri qeydiyyata alınır - Video

Bakının bir neçə rayonunda sənədsiz evlərin dövlət qeydiyyatına alınması məqsədi ilə işlərə başlanıb.

Axar.az-ın Xəzər TV-yə istinadla məlumatına görə, Nərimanov rayonu, Xutor qəsəbəsi 1-ci Şimal Ştilliyi, 4-cü Aşırım və digər küçələrdə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması üçün mənzil və həyətyanı sahələrdə ölçmə işləri aparılıb. Sakinlərə isə bildirilib ki, ölçmə işlərinin aparılması yaxın vaxtlarda sənədsiz evlərə çıxarışların verilməsi məqsədi daşıyır.

Nərimanov rayonu 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Edson İmanovun sözlərinə görə, ərazi üzrə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması işləri 90 faiz yerinə yetirilib. Xüsusi ilə də Xutor qəsəbəsi ərazisində yüzlərlə sənədsiz həyət evlərində ölçmə işləri aparılıb və həmin evlər qeydiyyata alınıb.

Nəsimi rayonu 3-cü Alatava, Cəlil Məmmədquluzadə və bir neçə küçələrdə də bu işlər aparılıb. Ancaq bəzi sənədsiz evlər var ki, həmin evlərdə ölçmə aparılmayıb.

Nəsimi rayon 33 saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisi Mirnazir Əliyevin sözlərinə görə, rayon ərazisində olan sənədsiz evlər və həyətyanı ərazilərdə ölçmə işləri bu ilin sonuna kimi yekunlaşacaq. Qeydiyyata alınan sənədsiz evlərlə bağlı məlumatlar isə Nəsimi rayon İcra Hakimiyyətinə təqdim ediləcək.

Qeyd edək ki, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda bir neçə rayon icra hakimiyyətlərində komissiya təşkil edilib.

Tarix
2019.12.18 / 01:37
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə nələri müzakirə etdi?

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla