Yuxarı

Məşhur polkovnikin qohumu polisi niyə şərləyir? - Zahidov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Redaksiyamızın araşdırması zamanı bir neçə gündür sosial şəbəkələrdə gündəmə gətirilən Əlizamin Salayevin DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin uzun illər rəisi işləmiş, hazırda təqaüddə olan polkovnik Sevindik Səfərovun bacısı oğlu olması faktı üzə çıxmışdı.

Məsələ ilə bağlı Axar.az-ın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Sevindik Səfərov uzun illər Daxili İşlər Nazirliyində çalışıb və yüksək səviyyədə xidmət göstərib:

“Sevindik Səfərov öz bacarıq və intellekti ilə daxili işlər orqanlarından sayılıb-seçilən şəxslərdən biri olub. O, müxtəlif vəzifələrdə çalışıb və daim nümunəvi xidməti ilə seçilib. Hazırda təqaüddə olan polis zabitidir".

Ehsan Zahidov qeyd edib ki, Sevindik Səfərovun oğlu Seymur Səfərov da daxili işlər orqanlarında işləyib:

“Seymur Səfərov da DİN-də layiqli xidmət edib. Sadəcə, başqa bir işdə çalışmağa başlaması ilə əlaqədar öz raportu əsasında daxili işlər orqanlarından çıxıb”.

Sevindik Səfərovun bacısı oğlu Əlizamin kimi tanınan Zamin Salayevin niyə polisə qarşı böhtan kampaniyası aparmasına isə E.Zahidov belə reaksiya verib:

“Bir nəsildə onun layiqli təmsilçisinə adekvat olmayan qohumunun olması mümkündür. Bu baxımdan deyə bilərik ki, Zamin Salayevin etdiyi nalayiq hərəkətlərin dəyərli zabitimiz Sevindik Səfərovun özünə və keçdiyi xidmət yoluna heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, Axar.az saytı polisə tabe olmamağa görə inzibati qaydada 30 sutka həbs cəzası alan AXCP üzvü Zamin (Əlizamin) Salayevlə bağlı sensasion məqamları üzə çıxarıb.

Tarix
2020.01.23 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla