Yuxarı

Paşayevadan seçicilərə: Əlimdən gələni etdim... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Əlimərdanlı kəndində sakinlərlə möhtəşəm görüş keçirilib.

Axar.az xəbər verir ki, Q.Paşayeva görüşdə millət vəkili olduğu dövrdə öz vədinə sadiq olduğunu bildirib:

“Mən düz 14 il əvvəl seçki kampaniyası zamanı sizə vəd vermişdim ki, əgər mənə etimad göstərsəniz, sizin fikirlərinizin, problem və təkliflərinizin Milli Məclisdə səslənməsi, müvafiq qurumlar qarşısında qaldırılması və həllini tapmasına kömək üçün əlimdən gələni edəcəyəm. Bu 14 ildə mən sizi layiq olduğunuz səviyyədə və ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim”.

Q.Paşayeva bu illər ərzində görülən işlərlə bağlı geniş məlumat verib. Deputatlığa namizəd vurğulayıb ki, 14 illik fəaliyyəti dövründə Əlimərdanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı müraciətinin müsbət həll olunması üçün çalışıb.

O, millət vəkili kimi dünya miqyasında da dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib. Bildirib ki, bir qadın millət vəkili olaraq daim qadınların təhsili, erkən nikahlara qarşı mübarizə, məişət zorakılığının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, fiziki imkanları məhdud insanların cəmiyyətə daha çox inteqrasiya edə bilməsi, gənclər arasında yayılan zərərli vərdişlərin aradan qaldırılması istiqamətində işlər görüb, bu sahələrdə qəbul olunan qanunların müzakirəsində fəal iştirak edib:

“Əziz seçicilərim, həllini gözləyən problemlərimiz də var. Əgər yenidən mənə etmad göstərsəniz, sizi bu günə qədər olduğu kimi, bundan sonra da sizi layiq olduğunuz səviyyədə, ləyaqətlə təmsil etməyə və problemlərinizin həlli istiqamətində əlimdən gələni etməyə hazıram”.

Q.Paşayeva bütün Əlimərdanlı seçicilərini fevralın 9-da keçiriləcək seçkilərdə aktiv iştirak etməyə çağırıb.

Görüşdə çıxış edən kənd sakinləri, ziyalılar millət vəkilinin bu illər ərzində fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər.

Görüşdən sonra Paşayeva bir sıra kənd sakinlərini tək-tək dinləyib, onları narahat edən problemlərin həlli istiqamətində müzakirələr aparıb, qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

Q.Paşayeva həmçinin bir sıra şəhid ailələri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

Tarix
2020.01.24 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla