Yuxarı

Sakinlər onu belə qarşıladı: Seçimimizi artıq etmişik – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sakinlər onu belə qarşıladı: Seçimimizi artıq etmişik – Foto

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva bu gün Tovuzun böyük kəndlərindən olan İbrahim Hacılı kəndində görüşlər keçirib.

Axar.az xəbər verir ki, məhəllə-məhəllə, ev-ev görüşlərini davam etdirən Qənirə Paşayeva deputatlığı dövlətə və seçicilərinə daha çox xidmət etmək üçün bir vasitə gördüyünü xatırladıb.

Q.paşayeva 14 illik deputat fəaliyyətinə toxunub və gücü daxilində seçicilərinin yanında olduğunu, müraciətlərinin həllini tapması üçün çalışdığını bildirib:

“Əgər mənə təkrar etimad göstərsəniz, bundan sonra da sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacağam”.

Tovuzun son illər ərzində çox ciddi problemlərinin böyük bir hissəsinin həllini tapdığını söyləyən Qənirə Paşayeva qeyd edib ki, dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər:

“Ona görə də bizim hər birimiz ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik”.

Q.Paşayeva ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illər baş verən proseslərdən, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilmiş böyük işlərdən danışıb və seçicilərlə fikir mübadiləsi aparıb.

Q.Paşayeva kənddə olan bəzi problemlərlə bağlı fikirləri də dinləyib. Q.Paşayeva həmçinin kənddə yaşayan bir sıra şəhid ailələri, müharibə veteranları və fiziki imkanları məhdud insanları evlərində ziyarət edib.

İbrahim Hacılı seçiciləri bildiriblər ki, Qənirə Paşayevaya etimadları tamdır, çünki o, 14 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda, Milli Məclisdə, beynəlxalq platformalarda onları layiqli şəkildə təmsil edib.

Qənirə Paşayeva ona “biz öz millət vəkilimiz kimi sizi neçə il əvvəl seçmişik və 9 fevralda da gedib sizə öz dəstəyimizi bir daha göstərəcəyik və inanırıq ki, siz bundan sonra bizim səsimiz olmaqda davam edəcəksiniz” deyən sakinlərin hər birinə təşəkkür edib.

Tarix
2020.01.27 / 23:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşdü

Azərbaycan son 22 ildə böyük uğurlar qazanıb

Prezident Elina Valtoneni qəbul etdi - Foto

Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...

Korrupsiyanı anladıq: bəs, vətənə xəyanət nədir?

Ramiz Mehdiyevin Rusiyadan aldığı medallar

PA rəhbəri Mehdiyevi deputat MM-də darmadağın edir - Video

Prezident onlara müraciət ünvanladı

Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?

Xəritə: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla