Yuxarı

ARDNŞ: Bu qanunsuz evlər sökülməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ARDNŞ: Bu qanunsuz evlər sökülməyəcək

"Layihə çərçivəsində bəzi tikililər tanına bilər".

Axar.az xəbər verir ki, bu sözləri ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov qanunsuz tikililərlə bağlı sualları cavablandırarkən deyib. Şirkət rəsmisinin sözlərinə görə, tikililərin sayının artmaması şərtilə proses leqallaşa bilər:

"Mədən ərazilərində bəzi tikililər var ki, onlara hüquqi status verilə bilər. Lakin tikililərin sayının artmaması və mülkiyyət hüququ verilməməsi şərtilə bu proses reallaşa bilər. Çünki bu ərazilərdə tikililər sökülsə belə, orada quyuların istismarı sərf etmir. Bu səbəbdən layihə üzərində iş gedir. Layihə gerçəkləşərsə, ARDNŞ-in nəzdində olan bəzi qanunsuz tikililər tanınacaq. Amma bəzi ərazilər var ki, orada quyuları belə təmir edə bilmirik. Layihə bu ərazilərə şamil olunmayacaq".

Zəbt olunmuş torpaqlarla bağlı məhkəmə müraciətlərinə toxunan E.Orucov sakinlərin SOCAR-ı yox, bələdiyyələri məhkəməyə verməli olduğunu deyib:

"Şirkət nəzdində olan torpaqlarda tikinti aparan sakinlər bizi məhkəməyə verir. Onlarda belə bir fikir formalaşıb ki, məhkəmə yolu ilə SOCAR kompensasiya ödəyəcək. bələdiyyələr isə məhkəməyə verilmir".

Tarix
2015.02.19 / 23:14
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla