Yuxarı

Kuznetsov Bakıda: Seçkilərdə elə namizədlər var ki... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kuznetsov Bakıda: Seçkilərdə elə namizədlər var ki... - Foto

Azərbaycanda seçicilər öz iradələrinin ifadəsində maraqlıdırlar. Onları heç kim seçki məntəqələrinə gəlməyə və səsvermədə iştirak etməyə məcbur etmir. İnsanlar öz vətəndaşlıq borcunun icrasını dərk edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında bu gün keçirilən Milli Məclis seçkilərində MDB Müşahidə Missiyasının üzvü, məşhur rusiyalı tarixçi Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, seçki qanunvericiliyinə riayət etməyə nəzarəti fərqli prinsplər əsasında formalaşdıran bir neçə beynəlxalq müşahidəçi qrupu həyata keçirir:

“Mənim daxil olduğum qrup Rusiya, Almaniya, İtaliya və Polşadan dəvət edilən akademiklərdən təşkil edilib. Biz hər birində 5-6 nəfər olmaqla 4 işçi qrupuna bölünmüşük, nəqliyyatla təmin olunmuşuq və hər qrup Bakıda öz rayonuna göndərilib. Mənim olduğum qrup Səbail rayonunda çalışır. İndiyə qədər biz 23-cü və 15-ci seçki məntəqələrini ziyarət etmişik. Hər dairədə 7-8 məntəqədə oluruq”.

Kuznetsov hazırda məntəqələrdə heç bir qanun pozuntusu aşkarlamadıqlarını, ciddi iradların belə edilmədiyini bildirib:

“Bakı şəhərində seçicilərin aktivliyinin kifayət qədər yüksək olduğunu qeyd edə bilərəm. İnsanlar öz iradələrinin ifadəsində maraqlıdırlar. Onları heç kim seçki məntqələrinə gəlməyə və səsvermədə iştirak etməyə məcbur etmir. Açığını desəm, hər məntəqədə iki-üç favorit var. Deputatlığa namizədlərin çoxu özlərini seçkiqabağı təşviqatda göstərə bilməyib. Hətta bəziləri barədə seçicilər heç nə bilmirlər”.

Tarix
2020.02.09 / 16:47
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla