Yuxarı

"Azercell"in bu təklifi ilə biznesinizi daha rahat idarə edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in bu təklifi ilə biznesinizi daha rahat idarə edin!

Öz müştərilərinin rəqəmsal transformasiyasını dəstəkləyən Azercell Biznes böyük məmnuniyyətlə fevralın 13-dən etibarən yeni “Biznesim W-Fi” təklifini təqdim edir. Artıq korporativ abunəçilər daha əlverişli rabitə dəstəyi ilə Wi-Fi USB və ya Mi-Fi modemlərdən istifadə edə biləcəklər.

Axar.az xəbər verir ki, “Biznesim Wi-Fi” təkliflərinin köməyilə korporativ abunəçilər fiziki bağlantı olmayan istənilən yerdən rahatlıqla internetə qoşulmaqla yanaşı, 10-a qədər cihaz arasında interneti paylaşdırmaq imkanına da sahib olacaqlar. İstifadəçilərin fərqli tələblərinə əsaslanan müxtəlif həcmli və bir paketdən digərinə keçid imkanına malik data paketlərdən ibarət xüsusi təklif Kiçik, Orta və Fərdi müəssisələr üçün ideal bir həll vəd edir.

Təqdim olunan yeni təklifin əsas üstünlüyü ondan ibarətdir ki, internet paketlərindən birini seçməklə abunəçi ilkin ödəniş etmədən cihazı pulsuz əldə edir. Wi-Fi USB modemi USB portu vasitəsilə işə salınır, Mi-Fi cihazı isə heç bir cihaz və ya porta qoşulmadan müstəqil şəkildə işləyə bilər. Təkliflərin daha bir üstün cəhəti növbəti 12 ay ərzində paketi digəri ilə dəyişmək imkanıdır.

“Biznesim Wi-Fi” təklifinin qiyməti 20 manatdan başlayaraq həcmi 200 GB-a qədər olan müxtəlif internet paketlərini əhatə edir.

“Biznesim Wi-Fi” təklifi də daxil olmaqla müxtəlif biznes müəssisələri üçün geniş çeşidli məhsullar və həlləri təklif edən Azercell Biznes bir daha özünü etibarlı rəqəmsal biznes tərəfdaşı kimi təsdiq etmiş olur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Korporativ abunəçilər [email protected] e-mail ünvanına müraciətlərini göndərməklə, "Azercell"in yaratdığı bu fürsətdən yararlana bilər. Yeni xidmət haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/

Tarix
2020.02.13 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla