Yuxarı

Həftənin vəhşəti: oğul atanı, ər arvadı…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həftənin vəhşəti: oğul atanı, ər arvadı…

Fevralın son həftəsi və martın ilk günü də qansız-qadasız keçmədi. Həftə ərzində baş verən amansız cinayət hadisələri içərisində vəhşət doğuranları ən yaxın qohumların bir-birinin qatilinə çevrilməsidir.

Axar.az həftənin krimxronikasını hazırlayarkən üç cinayətə diqqət çəkib: oğulun atanı, qardaşın qardaş, ərin arvadı vurması.

Martın 1-də Qazaxda törədilmiş qətlin üstü açılıb. 29 yaşlı Aynur Abdulovanın qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən güllələnməsi müəyyən edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Qətlin səbəbi araşdırılır.

***

Bakının Suraxanı rayonunda isə bıçaqlanma hadisəsi baş verib. Fevralın 28-də saat 16 radələrində Yeni Suraxanı qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1971-ci il təvəllüdlü Rəhmanov Əhməd Tofiq oğlu özündən 3 yaş kiçik qardaşı Bəxtiyarı bıçaqlayıb. Bildirilir ki, hər iki qardaş eyni ünvanda qeydiyyatda olmaqla eyni evdə yaşayır və onlar arasında ailə-məişət mübahisəsi zəminində münaqişə yaranıb. Nəticədə böyük qardaşı bıçaqla 41 yaşlı B.Rəhmanovun qarın nahiyəsinə 3 zərbə endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

***

Bakıda atasını bıçaqlayan 20 yaşlı oğlan da tutulub. Fevralın 25-də, saat 19 radələrində Y.Mürsəlov küçəsində sərxoş vəziyyətdə atası, 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məlik Elman oğlu Sadıqov tutulub.

***

Bakıda qətl törədən şəxsin isə adı məlum olub. 1969-cu il təvəllüdlü İlham Feyzulini qətlə yetirənin qonşusu, 1988-ci il təvəllüdlü Teymur Məmmədov olduğu məlum olub. Hazırda onun tutulması istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir. Qətlin səbəbi bilinmir.

***

Balakəndə isə bıçaqlanma hadisəsi baş verib. Rayonun Hənifə kənd sakini, 27 yaşlı Tural Qaçayev gecə radələrində sərxoş vəziyyətdə evə gəlib və həyat yoldaşı, 29 yaşlı Elza Qaçayevanı bıçaqlayıb. Əvvəlcə onların arasında mübahisə yaranıb və daha sonra münaqişəyə çevrilib. Əsəbiləşən ər mətbəx bıçağı ilə həyat yoldaşına bir neçə dəfə xəsarət yetirib. Qadın yaralı vəziyyətdə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tural Qaçayev saxlanılıb, faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Tarix
2015.03.02 / 00:53
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

Azərbaycan və Özbəkistan XİN başçıları danışdı

Azərbaycanla tarixi uğura imza atdıq - Kobaxidze

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla