Yuxarı

Operativ Qərargahdan əhaliyə müjdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Operativ Qərargahdan əhaliyə müjdə

Yaxın günlərdə pərakəndə satışda kifayət qədər spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, ökədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir.

Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də, tələbi ödəməkdə çətinlik çəkirlər.

Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub.

Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.

Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır.

Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq.

Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.

Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub.

Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq.

Tarix
2020.03.25 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Bu, bütün dünya üçün təhlükədir - Deputat

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik etdi

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla