Yuxarı

DYP postu qarşısında qəza: ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP postu qarşısında qəza: ölən var

Bakı-Quba yolunda, DYP-nin Ekologiya postunun yaxınlığında piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza zamanı şəxsiyyəti məlum olmayan təxminən 50-55 yaşlı kişi "Mersedes" markalı maşınla vurulub. Qəza nəticəsində piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Meyitə və hadisə yerinə baxış keçirilib. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqləri qəza nəticəsində ölən piyadanın şəxsiyyətini müəyyən etmək istiqamətində araşdırma aparırlar.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb.

Tarix
2015.03.06 / 10:05
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla