Yuxarı

Polisdən oğru əməliyyatı: 7 həbs

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisdən oğru əməliyyatı: 7 həbs

DİN-in əməkdaşları oğrulara qarşı əməliyyat keçirib.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də "Great Vall" şirkətinə məxsus konteynerdən 230 metr elektrik kabeli və 2 ədəd akkumulyator oğurlayan Salyan rayon sakinləri Zaur Rzayev, Adıgözəl Quliyev və Nurlan Əliqi tutulub.

***

Digər bir oğurluq hadisəsi isə Neftçalada baş verib. Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Mehman İsayevə məxsus avtomobildən 25 kiloqram kartof, fevralın 27-də Könül Cəfərliyə məxsus mağazadan isə 10 manat və ərzaq məhsulları oğurlayan şəhər sakinləri Nəbi Hacıyev və Vüsal Fərziyev tutulub.

***

Şəki polisi oğurluq edən şəxsləri yaxalayıb. Rayon polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Vüqar Məmmədova məxsus 7 baş qoyunu oğurlayan rayon sakinləri Şamil Mabudov və əvvəllər məhkum olunan Nəzir Məmmədov tutulub.

N.Məmmədovun yaşadığı evə baxış zamanı 16 ədəd avtomat patronu aşkar edilərək götürülüb. Ş.Mabudovun və N.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onların martın 3-də Kiş kənd sakini Bəhruz Allahyarzadəyə məxsus yardımçı təsərrüfatdan 17 baş qoyun oğurlamaları da müəyyən edilib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Tarix
2015.03.06 / 15:27
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla